“Yalı çapkını”nın aktrisası ağır qəzaya düşdü - Foto
Məşhur aktrisa avtomobil qəzasına düşüb.
SAVASHMEDİA.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa Şerif Sezerin içində olduğu avtomobil Muğlanın Milas bölgəsində başqa bir avtomobillə toqquşub.
Qəza nəticəsində avtomobillər yararsız hala düşüb. Hadisə yerinə polis və təcili tibbi yardım gəlib. Yaralananların olduğu bildirilir. Aktrisa ağır qəzadan yüngül xəsarətlərlə qurtulub.
Xatırladaq ki, Şerif Sezer Türkiyənin məşhur kino və teatr aktrisasıdır. Bir çox məşhur seriallarda rol alıb. Aktrisanın oynadığı sonuncu serial “Yalı çapkını” olub. Şerif Sezer serialda “Hattuç” obrazını canlandırıb.
Banu
Fotoda: Şerif Sezer