Əsir götürülən Şimali Koreya əsgərlərinin Kiyevdə dedikləri - "Rəhbər bizi görür?"
Rusiya tərəfindən Ukraynaya qarşı döyüşən Şimali Koreya hərbçiləri arasında əsir götürülənlərin sayı artır.
Ötən ay Ukrayna Prezidenti Volodimir Zelenski Kursk vilayətində iki Şimali Koreya əsgərinin əsir götürüldüyünü və onların dindirilmək üçün Kiyevə aparıldığını bildirmişdi. Son məlumatlara görə isə ötən müddət ərzində əsir götürülən koreyalı hərbçilərin sayında artım müşahidə olunub.
SAVASHMEDİA.az Ukrayna mənbələrinə istinadla xəbər verir ki, Şimali Koreya hərbçilərinin Kiyevdə dindirilməsi hərbi sirlərlə yanaşı, digər maraqlı məqamlara da işıq tutub.
Belə ki, Ukrayna tərəfi tərcüməçilərin köməyi ilə əsir düşən Şimali Koreyalılardan maraqlı faktlar öyrəniblər.
Məsələn, Şimali Koreya hərbçiləri əsirlikdən azad olunacaqları təqdirdə sağ qalmayacaqlarından narahatdırlar. Hərbçilər həm də qorxurlar ki, rəhbərləri (Şimali Koreya lideri Kim Çen İn nəzərdə tutulur - red) günün 24 saatı onları izləyir, fikirlərini oxuyur və bütün günahlarını bilir.
Oğuz