Amerikanın “A” və “B” planları açıqlandı
ABŞ dövlət katibi Marko Rubio Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılması ilə bağlı Amerika tərəfinin “A” və “B” planını açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə amerikalı dövlət katibi “CBS News” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, bu, böyük mürəkkəbliklə davam edən üç illik müharibədir: “Ona görə də heç kim bunun asan olduğunu demir. Lakin mən istəyirəm ki, hamı başa düşsün ki, bu plandır”.
Dövlət katibi diqqətə çatdırıb ki, A Planı atəşkəsin əldə edilməsindən, B Planı müharibəni bitirməyin yolunu tapmaq üçün hər kəsi danışıqlar masasına oturtmaqdan ibarətdir.
“Heç kim demir ki, bu ikinci hissə asan olacaq. Amma birinci hissəni keçməyincə, bu ikinci hissəyə çata bilmərik”, - deyə Rubio vurğulayıb.
Rubio əlavə edib ki, iki tərəf bir-birinə atəş açarkən müharibənin son sona çatması ilə bağlı razılaşmaq çətindir, məhz buna görə də ABŞ prezidenti Donald Tramp atəşkəs istəyir: “Bu müharibə davam edə bilməz. Prezident bunu açıq şəkildə bildirdi və buna son qoymaq üçün əlindən gələni edir”.
Dövlət katibi Trampın xüsusi elçisi Stiv Uitkoffun Rusiya prezidenti Vladimir Putinlə martın 13-də görüşünü “ümidverici” adlandırıb.
Xatırladaq ki, seçkiqabağı kampaniyası dövründə Tramp bu müharibəni 24 saata həll edəcəyini bildirirdi.
Xatirə SADİQ