Ukrayna prezidenti Moskvanı vaxt oğurluğunda ittiham etdi

“Ukrayna və Amerika nümayəndə heyətləri arasında Ciddədə aparılan danışıqlardan və atəşkəs təkliflərinin ortaya çıxmasından sonra Rusiya demək olar ki, bir həftəlik müharibəni oğurlayıb”.

Mar 17, 2025 - 11:20
Ukrayna prezidenti Moskvanı vaxt oğurluğunda ittiham etdi

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Volodimir Zelenski xalqa gecə müraciətində deyib.

“Ciddə danışıqlarından və Amerikanın cəbhədə susqunluq təklifinin masada görünməsindən sonra Rusiya demək olar ki, daha bir həftəni – yalnız Rusiyaya lazım olan müharibə həftəsini oğurladı. Biz diplomatiyanın daha da intensivləşməsi üçün hər şeyi edəcəyik. Diplomatiyanın effektiv olması üçün hər şeyi edəcəyik. Amma indi hər gün müstəqilliyimizin, dövlətimizin, xalqımızın müdafiəsidir. Və biz yadda saxlamalıyıq: məhz ordumuzun, Ukraynanın bütün Müdafiə və Təhlükəsizlik Qüvvələrimizin, dövlətimizin dəstəyi – belə dəstək hər şeyi həll edir”, - deyə Zelenski vurğulayıb.

Xatirə SADİQ