"Bayraqları yarıya qədər endirin" - Trampın dostunun ölümünə reaksiyası

ABŞ Prezidenti Donald Tramp sui-qəsd nəticəsində öldürülən amerikalı siyasi fəal, dostluq münasibətləri olan Çarli Kirkin xatirəsinə hörmət əlaməti olaraq ölkədə bayraqların yarıya endirilməsini əmr edib.

Sep 11, 2025 - 01:26
"Bayraqları yarıya qədər endirin" - Trampın dostunun ölümünə reaksiyası

SAVASHMEDİA.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

"Həqiqətən, böyük Amerika vətənpərvəri olan Çarli Kirkin şərəfinə bazar günü axşam saat 18:00-a qədər Birləşmiş Ştatlardakı bütün Amerika bayraqlarının yarıya endirilməsini əmr edirəm", - Tramp paylaşımda bildirib.