Angela Merkel Trampa niyə gülüb?
NATO-nun keçmiş baş katibi Yens Stoltenberqin “Mənim növbətçiliyimdə: Müharibə zamanı NATO rəhbərliyi” adlı yeni kitabı işıq üzü görüb.
SAVASHMEDİA.az-ın xəbərinə görə, kitabdakı maraqlı faktlardan biri də Almaniyanın keçmiş kansleri Angela Merkellə ABŞ Prezidenti Donald Tramp arasındakı dialoqdur.
Müəllifin iddiasına görə, Tramp Avropa liderlərindən, eləcə də Almaniyadan hərbi xərclərin ÜDM-in 2 faizinə qədər artırılmasını tələb edib.
Merkel isə onun bu tələbinə gülüb və belə cavab verib: "İndi yox, amma bəlkə 2030-cu ildə”.
Səlcuq