Ukrayna üçün yeni dron hazırlandı – Finlandiyada
Finlandiyanın “İnsta” şirkəti ukraynalı mütəxəssislərlə birlikdə Ukrayna üçün “Steel Eagle” dronunu təqdim edib.
SAVASHMEDİA.az bu barədə “Yle” yayımçısına istinadən xəbər verir.
Genişləndirilmiş mənzilli “Steel Eagle ER” dronu kütləvi istehsal mərhələsindədir və indiyədək onun yalnız sınaq versiyaları uçub.
“Əgər o, yalnız Finlandiyada işləyirsə, onda siz cihazın necə olduğunu başa düşə bilməzsiniz. Ukraynada müharibə gedir və məhz buna görə də məhsul cəbhə şəraiti nəzərə alınmaqla hazırlanıb”, - deyə “Insta”nın müdafiə biznesinin satış və marketinq üzrə direktoru Tuure Lehtoranta bildirib.
Finlandiya tərkibində partlayıcı maddələr olan, polad və volfram güllələrini yandıran güllə də hazırlayıb.
“Yle”nin məlumatına görə, həmin güllə adi və ya yüngül zirehli avtomobilin damını bir neçə on metr hündürlükdən deşməyə qadirdir.
Dronun gülləsi ilk növbədə piyadaları məhv etmək üçün nəzərdə tutulub. Əgər hərbçilər futbol meydançası böyüklüyündə bir ərazidə olsalar, bu güllələrlə təmin olunmuş üç dron onları öldürmək və ya yaralamaq üçün kifayət edir. Yeni qurğu uzun fəaliyyət radiusuna malikdir və maneələrə qarşı dayanıqlıdır.
Xatirə SADİQ