"Bəşər Əsədi bizə ver" - Suriya hakimiyyətinin Moskvadan tələbi

Suriyanın yeni lideri Əhməd əl-Şaraa Rusiya nümayəndələri ilə danışıqlar zamanı keçmiş prezident Bəşər Əsədin ekstradisiyasını da tələb edib.

Jan 29, 2025 - 15:44
"Bəşər Əsədi bizə ver" - Suriya hakimiyyətinin Moskvadan tələbi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” Suriyanın “Sana” agentliyinə istinadən məlumat yayıb.
 
Danışıqlardan məlumatlı olan suriyalı mənbə bildirib ki, Əhməd əl-Şaraa Moskvadan dekabrda devrildikdən sonra Rusiyaya qaçan keçmiş Suriya prezidenti Bəşər Əsədi təhvil verməyi xahiş edib.

“Reuters” yazır ki, Kremlin sözçüsü Dmitri Peskov Suriya tərəfinin Əsədi geri qaytarmağı və təzminat ödəməyi tələb edib-etmədiyi barədə şərh verməkdən imtina edib. 

Qeyd edək ki, qoşunları və hava qüvvələri illərdir Əsədə dəstək verən Rusiya Tartusdakı dəniz bazasını və Latakiya liman şəhəri yaxınlığındakı Xmeymim aviabazasını saxlamaqda maraqlıdır. Bu obyektlərin itirilməsi onun regionda təsir qabiliyyətinə ciddi zərbə olacaq.

Xatirə SADİQ