Azərbaycan İrana humanitar yardım göndərdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında martın 8-i baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım yola salınıb. 

Mar 10, 2026 - 12:42
Azərbaycan İrana humanitar yardım göndərdi - VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq FHN-in avtomobilləri ilə İrana yola salınan humanitar yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600 kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.