"Tramp Putinlə telefon danışığında səhvlərə yol verib" 

“ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı ilə telefon söhbətlərində səhvlərə yol verib”. 

May 21, 2025 - 15:11
"Tramp Putinlə telefon danışığında səhvlərə yol verib" 

SAVASHMEDİA.az Deutschlandfunk portalına istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib. 

Onun sözlərinə görə, ABŞ prezidenti Putinlə telefon söhbəti zamanı kifayət qədər təzyiq göstərməyib. Trampın Ukraynanın NATO-ya qoşulması perspektivini istisna etməsi isə danışıqların gedişinə mənfi təsir edib.

Alman nazirin fikrincə, Tramp söhbət zamanı Putinin mövqeyini səhv qiymətləndirib, çünki amerikalı prezident başa düşməli idi ki, Putini təkcə şəxsi ünsiyyətlə inandırmaq olmaz.

Xatirə SADİQ