Trampın yaxın dostu çıxış edərkən öldürüldü - ANBAAN VİDEO

ABŞ Prezidenti Donald Trampın müttəfiqi, siyasi fəal Çarli Kirk sui-qəsdə məruz qalıb.

Sep 11, 2025 - 00:58
Trampın yaxın dostu çıxış edərkən öldürüldü - ANBAAN VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, hadisə Yuta ştatının Orem şəhərində baş verib. 

Belə ki, Ç.Kirk Utah Valley Universitetində keçirilən tədbirdə çıxış edərkən qətlə yetirilib. Siyasi fəal boynuna dəyən güllədən sonra yerə yıxılaraq hadisə yerində ölüb. 

Tramp Kirkin ölümünü təsdiqləyərək onun ruhuna dualar edilməsini xahiş edib:

"Hamımız güllələnən Çarli Kirk üçün dua etməliyik. O, başdan-ayağa möhtəşəm insan idi!"

Qeyd edək ki, sağçı siyasi fəal, media mənsubu və yazıçı olan Çarli Kirk Trampın yaxın adamı və dostu adlandırılırdı.

Banu