Makron Trampın cavabını verdi – “Avropa sizin yanınızda olub”

“Avropa və Amerika həmişə bir-biri ilə çiyin-çiyinə dayanıblar və Amerikanın dəstəyə ehtiyacı olanda Avropa onun yanında olub”. 

Mar 7, 2025 - 11:28
Makron Trampın cavabını verdi – “Avropa sizin yanınızda olub”

SAVASHMEDİA.az BFMTV-yə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

Bununla Makron amerikalı həmkarı Donald Trampın müttəfiqlərinin ABŞ-nin köməyinə gələcəyinə əmin olmaması ilə bağlı açıqlamasına cavab verib.

Bundan başqa, Tramp NATO-ya xəbərdarlıq edib ki, müdafiəyə çox az pul xərcləyən üzv dövlətlər var və digər ölkələr kifayət qədər pul ödəməsələr, ABŞ onları müdafiə etməyəcək (Sky News).

Xatirə SADİQ