Çarli Kirkə atəşi o açmayıbmış - Yanlış adamı tutublarmış

Sui-qəsd nəticəsində öldürülən amerikalı fəal və siyasətçi Çarli Kirkə atəş açıldıqdan sonra saxlanılan şübhəlinin onu vuran şəxs olmadığı aydınlaşdırılıb.

Sep 11, 2025 - 01:30
Çarli Kirkə atəşi o açmayıbmış - Yanlış adamı tutublarmış

SAVASHMEDİA.az-ın məlumatına görə, bu barədə "The New York Times" qəzeti Yuta Universitetinin nümayəndəsi Skott Trotterə istinadla xəbər yayıb.

Çarli Kirkə universitetində keçirilən debat zamanı atəş açılıb. Universitet daha əvvəl atəş açmaqda şübhəli bilinən şəxsin saxlanıldığını bildirmişdi.

Çarli Kirk ABŞ-nin Respublikaçılar Partiyasının və prezident Donald Trampın tərəfdarı idi. O, tez-tez media çıxışları edir, həmçinin universitet və kolleclərdə mühazirələr təşkil edirdi.