Məşhur aktrisa sevgilisini öldürüb hissələrə böldü - Foto

Tanınmış aktrisa sevgilisini qətlə yetirib.

Jun 30, 2025 - 22:16
Məşhur aktrisa sevgilisini öldürüb hissələrə böldü - Foto

SAVASHMEDİA.az xəbər verir ki, dəhşətli hadisə Avstraliyada qeydə alınıb.

Reklamlarda çəkilən və şou proqramla məşhurlaşan Tamika Çeser adlı aktrisa sevgilisi Culian Storinin başını kəsib, sonra isə bədənini hissələrə ayırıb.

Polis onun cinayətindən evində başlayan yanğın vasitəsilə xəbərdar olub. Belə ki, qonşular evdən tüstü çıxdığını gördükləri üçün polisə xəbər veriblər. Hadisə yerinə gələn polis evdə Culian Storinin cəsədini aşkarlayıb. Çeser şübhəli kimi saxlanılıb. Hakimlər Çeserin zaminə buraxılması barədə vəsatəti rədd ediblər. Aktrisa həbs edilib.

Banu