Rus ordusu “Mosfilm”in tanklarına möhtacdır?
Ötən il “Mosfilm” kinokonserni öz hərbi-texniki bazasından 36 tankı Rusiya ordusunun ehtiyacları üçüb təhvil verib.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu konsernin baş direktoru Karen Şahnazarov prezident Vladimir Putinlə görüşü zamanı deyib.
“2023-cü ildə hərbi-texniki bazada saxladığımız 28 T-55 tankı, 8 PT-76 tankı, 6 piyada döyüş maşını və 8 yedəkçini Silahlı Qüvvələrə təhvil verdik. Buna ehtiyac olduğunu bildim, Müdafiə Nazirliyi ilə əlaqə saxladım. Bu maşınları gəlib götürdülər”, - deyə direktor vurğulayıb.
“Mosfilm” saytında deyilir ki, kinokonsernin 190-dan çox zirehli texnikası, özüyeriyən qurğuları, 100 ədəd nəqliyyat vasitələri, motosikletlər, onlarla hərbi silah, o cümlədən xarici silahları var. Onların hamısı rekvizitdir və yaxşı vəziyyətdədir. “Mosfilm”in hərbi texnikanın iştirakı ilə çəkilişlər üçün öz meydanları da mövcuddur.
Xatirə SADİQ