Trampın paylaşımlarını başqalarından əvvəl izləmək PULLU OLACAQ

ABŞ Prezidenti Donald Trampın şirkəti Truth Social platformasında paylaşılan məlumatlara daha sürətli çıxış imkanı verən yeni ödənişli xidmət istifadəyə verəcək.

Jul 18, 2026 - 00:40
Trampın paylaşımlarını başqalarından əvvəl izləmək PULLU OLACAQ

SAVASHMEDİA.az xəbər verir ki, Truth API adlanan xidmətin avqustun 1-dən istifadəyə veriləcəyi gözlənilir.

Yeni xidmət əsasən treyderlər, investisiya şirkətləri və alqoritmik ticarətlə məşğul olan maliyyə qurumları üçün nəzərdə tutulub. Onlar Donald Trampın və digər mühüm hesabların paylaşımlarını adi istifadəçilərdən daha tez əldə edə biləcəklər.

Şirkətin fikrincə, bu cür yüksək sürətli məlumat axını maliyyə bazarlarında sürətli qərar qəbul edən müştərilər üçün üstünlük yarada bilər.

Qeyd edək ki, söhbət paylaşımların dəqiqələr və ya saatlar əvvəl verilməsindən getmir. Xidmət ödəniş edən müştərilərə məlumatları geniş ictimaiyyətə nisbətən cüzi fərqlə, millisaniyələr səviyyəsində daha tez çatdırmağı nəzərdə tutur.

Səlcuq