Qətər hakimiyyəti “HƏMAS” liderlərini ölkədən çıxarır

Qətər hakimiyyəti ABŞ-nin təzyiqi ilə Fələstinin “HƏMAS” hərəkatının liderlərindən ölkəni tərk etməyi tələb edib.

Nov 9, 2024 - 16:33
Qətər hakimiyyəti “HƏMAS” liderlərini ölkədən çıxarır

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti məlumat yayıb. 

Qəzet yazır ki, buna səbəb HƏMAS” liderlərinin israilli girovların azad edilməsi məsələsini müzakirə etməkdən imtinası olub. 

“Qrupun liderləri girovların azad edilməsi ilə bağlı təkrar təklifləri rədd etdikdən sonra onlar artıq heç bir Amerika tərəfdaşının paytaxtlarında qəbul edilməməlidir”, - deyə yüksək vəzifəli amerikalı məmur “Reuters”ə bildirib. 

FT yazır ki, “HƏMAS” siyasi rəhbərliyinin üzvləri və onların ailələri 2012-ci ildən Dohada yaşayırlar. Bu yer danışıqlar üçün əlverişli hesab olunurdu. 

Mənbə bildirib ki, hərəkat nümayəndələri Türkiyəyə köşə bilərlər, çünki prezident Rəcəb Tayyib Ərdoğan açıq şəkildə İsraili tənqid edir. 

“Reuters” xatırladıb ki, “HƏMAS”ın İsrailə 2023-cü il 7 oktyabrın tarixli hücumundan sonra ABŞ dövlət katibi Antoni Blinken ölkəsinin bu qruplaşma ilə daha heç bir əlaqə saxlaya bilməyəcəyini bildirib. Buna cavab olaraq Qətər hakimiyyəti hərəkata münasibətini yenidən nəzərdən keçirməyə hazır olduğunu bildirib. 

Xatirə SADİQ