Zelenskidən Putinə sərt təpki – “Torpaqlarımızdan rədd ol!”
“ABŞ Ukraynanın NATO-ya qoşulmasına kömək etmək istəmirsə, ona alternativ təhlükəsizlik zəmanəti olan nüvə silahı verilməlidir”.

SAVASHMEDİA.az xəbəbr verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski britaniyalı aparıcı Pirs Morqana müsahibəsində bildirib.
Ukraynanın dövlət başçısı etiraf edib ki, ölkəsinin NATO-ya daxil olması illərlə və ya onilliklərlə uzana bilər.
“Tamamilə ədalətli sual yaranır: bütün bu müddət ərzində, bütün bu yolda bizi bu şərdən nə qoruyacaq? Nə dəstək paketi, hansı raketlər? Onlar bizə nüvə silahı verəcəklər? Onda bizə nüvə silahı versinlər”, - deyə Zelenski əlavə edib.
Zelenski diqqətə çatdırıb ki, Qərb Rusiyanı çəkindirmək üçün Ukraynanı raketlərlə təmin edə bilər, lakin onların Rusiyanın nüvə raketlərini dayandıra bilməyəcəyi ritorik sualdır.
“Ona görə də gəlin bunu belə edək: bizə nüvə silahlarımızı geri verin, raket sistemlərimizi bizə qaytarın. Tərəfdaşlar, bizə milyonluq ordunu maliyyələşdirməyə kömək edin, kontingentinizi ölkəmizin vəziyyətində sabitlik istədiyimiz bölgələrə köçürün ki, insanlar sakit olsun”, - deyə Ukrayna lideri vurğulayıb.
Zelenski onu da qeyd edib ki, əgər Rusiyanın hücumu Ukraynanın NATO-ya üzv olması qorxusu ilə izah olunurdusa, ölkə hazırda Alyansda deyil.
“O (Putin – red.) NATO-ya üzv olacağımızdan qorxduğu üçün işğal etdi. Yaxşı, biz NATO üzvü deyilik. Bizim torpaqlarımızadan rədd ol!”.
Xatirə SADİQ