“30 il hakimiyyətdə olan diktator mənim legitimliyimdən danışır?” - Zelenski
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinin onun qeyri-legitim olduğu barədə fikrinə sərt münasibət bildirib.

SAVASHMEDİA.az bu barədə ukraynalı jurnalsit Dmitri Qordonun “telegram” kanalına istinadən xəbər verir.
Britaniyalı jurnalist Pirs Morqana müsahibəsində Zelenski “Putin Ukrayna prezidenti Zelenskini guya qeyri-legitim hesab edir, çünki onun səlahiyyət müddəti başa çatıb (bu doğru deyil) və onunla danışıqlar aparılarsa, onlar da qeyri-legitim olacaq” sualına belə cavab verib:
“Putinin seçkilərlə bağlı, mənim legitimliyim, diktatura haqqında narrativləri var. Və bunu 30 ildir hakimiyyətdə olan, Ukraynanın və digər başqa ölkələrin ərazi bütövlüyünü pozan qanlı qatil-diktator deyir! Və o, hansısa qeyri-legitimlikdən danışır?”, - deyə Zelenski hiddətini ifadə edib.
Xatirə SADİQ