Tramp indi də Qəzzanı nəzarətə götürmək istəyir
ABŞ prezidenti Donald Tramp ölkəsinin Qəzza zolağına nəzarəti ələ keçirəcəyini bildirib.

SAVASHMEDİA.az “CNN” telekanalına istinadən xəbəbr verir ki, Tramp bunu İsrailin baş naziri Binamin Netanyahu ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
“Birləşmiş Ştatlar Qəzza zolağına nəzarəti götürəcək və biz onunla işləyəcəyik. Biz ona malik olacağıq və həmin ərazidəki bütün təhlükəli partlamamış bomba və digər silahların çıxarılmasına, ərazinin hamarlanmasına və dağıdılmış binalardan qurtulmasına məsuliyyət daşıyacağıq”, - deyə Tramp vurğulayıb.
Bundan öncə Oval kabinetdə Netanyahunu qəbul edərkən Tramp qəzzalılara yeni yaşayış yerinə köçməyi təklif edib. O, bildirib ki, Yaxın Şərqin bir və ya bir neçə ölkəsi tərəfindən bu yerlər təmin edilməlidir.
“Demək istədiyim odur ki, onlar oradadırlar, çünki alternativləri yoxdur. Onların nəyi var? Hazırda bu, böyük dağıntı yığınıdır”, - deyə Tramp əlavə edib.
Öncə məsələni humanitar problem adlandıran Tramp deyib ki, kiminsə müharibənin getdiyi ərazidə qalmaq istəyəcəyinə inanmaq mümkün deyil. Amerikalı president Qəzza əvəzinə fələstinlilərə yaşamaq üçün “yaxşı, təzə, gözəl bir torpaq parçası” verməyi təklif edib.
Lakin sonradan sual verilərkən Tramp açıq şəkildə eyham vurub ki, o, fələstinlilərin Qəzzaya heç vaxt qayıdacaqları bir dünya görmür.
“CNN” bildirir ki, bu zaman Trampın yanında əyləşən Netanyahu amerikalı prezident danışarkən gülümsəyib: “Ölkəsi daxilində ziddiyyətli təzyiq altında olan İsrail lideri Qəzza zolağında atəşkəsin növbəti mərhələsində Trampın dəqiq mövqeyini öyrənmək üçün Vaşinqtonda idi”.
Telekanal Trampın Qəzzanı həmişəlik tərk etmək təklifini təxribatçı mövqe adlandırıb vu təklifin İsrailin qonşuları tərəfindən qəbul edilməyəcəyini vurğulayıb.
Xatirə SADİQ