Kralın gəlini doğumdan bir saat öncə çılğınca rəqs etdi - Video
Britaniya kralı III Çarlzın kiçik oğlu Henri və gəlini Meqan Markl ötən gün qızları Lilibetin doğum gününü qeyd ediblər.
SAVASHMEDİA.az xəbər verir ki, Markl sosial şəbəkə hesabında qızının doğulduğu vaxt çəkilmiş şəkli ilə indiki halının fotosunu paylaşaraq onu təbrik edib. Markl Lilibetin doğulmasına saatlar qalmış xəstəxana otağında şahzadə Henri ilə rəqs edərək çəkdikləri videonu da izləyiciləri ilə bölüşüb.
Markl bildirib ki, iki övladı da normaldan bir həftə gec doğulublar. Doğumun başlaması üçün akapunktur, gəzintilər və ədviyyatlı yeməklər kömək etmədiyi üçün bu şəkildə rəqs etməyə məcbur olub.
Xatırladaq ki, Şahzadə Henri və Meqan Marklın oğlu şahzadə Arçi 2019-cu ildə İngiltərədə dünyaya gəlib. Arçinin doğumundan sonra cütlük kral ailəsində yaşadıqları gərginliklərlə bağlı İngiltərəni tərk edərək ABŞ-yə köçüblər. Şahzadə Henri ilə ailəsi arasındakı gərginlik hələ də davam edir. Cütlüyün ikinci övladı şahzadə Lilibet isə 2021-ci il iyunun 4-də Kaliforniyada doğulub.
Banu