Ukraynalı diplomat Trampa şikayətlənən Putini lağa qoydu - FOTO

Ukraynanın xarici işlər nazirinin müavini Sergey Kislitsa Rusiya prezidenti Vladimir Putinin “Kiyev hakimiyyətində siyasi mədəniyyətin olmaması” ilə bağlı bəyanatına kəskin cavab verib.

Jun 5, 2025 - 16:41
Jun 5, 2025 - 16:43
Ukraynalı diplomat Trampa şikayətlənən Putini lağa qoydu - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb. 
 
“Ciddimisiniz? Bunu kim dedi? Onun nə haqda danışdığını söyləmək çətindir. Düşünmürəm ki, söhbət Medinskinin şikayətlərindən gedir. Ondan son dəfə İstanbulda mənə səsini ucaltmamasını xahiş etmişdim və xatırlatmışdım ki, mən nə Rusiya hökumətinə, nə də ona işləyirəm”, - deyə ukraynalı diplomat vurğulayıb.
 
O, əlavə edib ki, “ümumiyyətlə, qatillərə rəhbərlik edən Moskva quldur məmurlarının öz təkəbbürlərini qız duvağı ilə ört-basdır etməsi uzun müddətdir təəccüb doğurmur”.

Diplomat öz postunu ABŞ prezidenti Donald Trampa ukraynalıların “Hörümçək toru” əməliyyatından şikayət edən Putinin göz yaşları içində şəkli ilə müşayiət olunub. Şəklin üzərində “Əziz Donald, onlar mənim təyyarələrimə hücum ediblər...” ifadəsi yazılıb.

Xatirə SADİQ