Fransızlar irqçi lider Marin Le Penin ölümünə sevindi - "Nə gözəl gündür"

Əvvəllər “Milli Cəbhə” kimi tanınan ifrat sağçı partiyanın qurucusu Jan-Mari Le Penin ölüm xəbərindən sonra Fransada kortəbii bayram aksiyaları keçirilib. 

Jan 8, 2025 - 16:07
Jan 8, 2025 - 16:08
Fransızlar irqçi lider Marin Le Penin ölümünə sevindi - "Nə gözəl gündür"

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “BFMTV” məlumat yayıb.

“Milli Birlik” partiyasının hazırkı qeyri-rəsmi lideri Marin Le Penin 96 yaşlı atasının ölüm xəbərini onun ideoloji rəqibləri Paris, Lion və bəzi kiçik şəhərlərdə sevinclə qeyd ediblər. 

Parisdə yüzlərlə insan “Respublika” meydanında toplaşaraq “O öldü” şüarlarını səsləndiriblər. Aksiya iştirakçılarının bəziləri rəqs edib, şampan açıb, bəziləri əllərində “İrqçi öldü”, “Nə gözəl gündür” yazılmış plakatlar nümayiş etdiriblər. 

Lionda oxşar aksiya “Terro” meydanında baş tutub. Fəallar atəşfəşanlıq edib, məşəllər yandırıblar. Nümayiş yolu boyunca bəzi yerlərdə zibil qutuları yandırılıb.

Daxili işlər naziri Bruno Retayo siyasətçinin ölümünün belə açıq şadyanalıqla qeyd olunmasını qınayıb.

“Bu cür “meyit üzərində rəqs”ə qətiyyən heç nə haqq qazandırmaz. Bu cür sevinc səhnələri biabırçılıqdır”, - deyə nazir yazıb.

Jan-Mari Le Penin ölümünü şərh edən Yelisey Sarayı onu tarixi şəxsiyyət adlandırıb və bildirib ki, onun təsirini tarix göstərəcək. 

Qeyd edək ki, siyasi karyerasının əvvəlindən son dövrlərə qədər Le Pen ölkənin siyasi həyatına böyük təsir göstərmiş, Holokostla bağlı baxışları və Vişi rejimini müdafiə edən bəyanatları səbəbindən dəfələrlə qalmaqallara səbəb olub və məhkəmə çəkişmələrinə məruz qalıb.  

Onun qızı Le Pen Marin hazırda Fransada prezidentlik reytinqinin şəksiz lideridir. 

Xatirə SADİQ