Azərbaycanda ard-arda 2 zəlzələ oldu - Bu rayonlar silkələndi
Şamaxının Pirqulu ərazisində 2 zəlzələ qeydə alınıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələlərdən biri yerli vaxtla 16:02-də qeydə alınıb. Zəlzələ 7 km dərinlikdə baş verib.
Zəlzələ episentrdə 4 bal, Xızı və Şamaxı rayonlarında 4-3 bala qədər hiss olunub.
Digər zəlzələ isə yerli vaxtla 16:04-də qeydə alınıb və hiss olunmayıb. Maqnitudası 3,1 olan zəlzələ 4 km dərinlikdə baş verib.