Paşinyan, Köçəryan və Karapetyanın reytinqi açıqlandı - Kim öndədir?
İyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərində iştirak edən siyasi qüvvələrin yeni reytinqi açıqlanıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Gallup”un Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan bildirib.
Əsas siyasi qüvvələr üçün sorğunun nəticələri aşağıdakı kimidir:
Respondentlərin 28,8 faizi hakim “Vətəndaş Müqaviləsi” Partiyasına (Nikol Paşinyan), 14,9 faizi “Güclü Ermənistan” blokuna (Samvel Karapetyan), 12,1 faizi “Ermənistan” blokuna (Robert Köçəryan), 8,7 faizi “Çiçəklənən Ermənistan” Partiyasına (Qaqik Sarukyan) və 5,8 faizi “Birlik Qanadları” Partiyasına səs verəcəyini deyib.
19-21 may tarixlərində keçirilən telefon sorğusunda 1102 nəfər iştirak edib.