Türkiyə prezidenti Lavrovu qəbul etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib.

Feb 24, 2025 - 17:07
Türkiyə prezidenti Lavrovu qəbul etdi

SAVASHMEDİA.az bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.

Mətbuata qapalı keçirilən görüşdə Rusiya-Ukrayna müharibəsi, regional problemlər və ikitərəfli münasibətlərə dair danışıqların aparılacağı gözlənilir. 

Bildirilir ki, görüşdən sonra Türkiyə lideri ölkənin Nazirlər Kabinetinin iclasına sədrlik edəcək və yekunda gündəliyi dəyərləndirəcək.

Xatirə SADİQ