Tramp daha bir addımı ilə Putini sevindirəcək - Yunan mediası

ABŞ administrasiyası amerikalıların Yunanıstanın Aleksandrupolisdəki hərbi bazasından istifadə etməsi zərurətinə yenidən baxılmasına göstəriş verib. 

Feb 24, 2025 - 17:21
Tramp daha bir addımı ilə Putini sevindirəcək - Yunan mediası

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “News Break” yazıb. 

Məlumata görə, həmin baza Egey dənizinin sahilində yerləşir. Rusiyanın Ukraynaya təcavüzündən sonra Yunanıstan hökuməti Co Bayden administrasiyasına bazadan  Amerika yardımının, o cümlədən hərbi yardımın Kiyevə çatdırılması üçün tranzit məntəqə kimi istifadə etmək imkanı vermişdi.

Lakin Tramp administrasiyasının Ukraynaya yardım göstərmək niyyətində olmaması səbəbindən ABŞ bazanın məqsədəuyğunluğu barədə düşünür. 

Yunan KİV-i qeyd edir ki, bazanın bağlanması qərarı Aleksandrupolisdəki bazaya görə Yunanıstanı “düşmən ölkə” kimi təsnif edən Putini sevindirəcək.
Xatirə SADİQ

Xatirə SADİQ