Trampın gəlişi abort dərmanlarının satışını artırdı
ABŞ-də qadınlar hamiləliyin süni şəkildə dayandırılması üçün kütləvi şəkildə dərmanlar almağa başlayıblar.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Washington Post” yazıb.
Nəşr qeyd edib ki, Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra həmin dərmanların satışı yüksəlib. Amerikalı qadınlar hesab edirlər ki, siyasətçi rəsmi olaraq vəzifəyə başlayanda bu dərmanlar satışdan itəcək.
“Qadınlar abort dərmanlarına həmişəkindən daha çox müraciət edirlər”, - deyə məqalədə bildirilib.
Xatırladaq ki, Tramp seçkiqabağı çıxışında Amerikanı miqrantlardan azad edəcəyini, Ukraynadakı münaqişəyə son qoyacağını vəd edib, həmçinin qadınların abort hüquqlarını məhdudlaşdırmağa çağırıb.
Xatirə SADİQ