Tezliklə Müctəba Xameneinin ölüm xəbəri təsdiqlənəcək? - "Onun şəhid olması..."
İranın ali lideri Müctəba Xameneinin səhhəti ilə bağlı yeni xəbərlər yayılıb.
SAVASHMEDIA.az-ın məlumatına görə, bir sıra xarici mənbələrdə Xameneinin səhhətinin son dərəcə ağır olduğu barədə xəbərlər dərc olunub.
Mənbələrdən biri Müctəba Xmeneinin durumunu şərh edərkən "tezliklə onun şəhid olması xəbərini eşitsək, təəccüblənmərik" ifadəsini işlədib.
İran rəsmiləri isə Xameneinin səhhəti ilə bağlı yeni açıqlama verməyiblər.
Qeyd edək ki, son aylarda İranın ali liderinin səhhəti ilə bağlı dəfələrlə müxtəlif iddialar yayılıb. Lakin bu məlumatların əksəriyyəti ya təsdiqini tapmayıb, ya da rəsmi qurumlar tərəfindən təkzib edilib.
Səlcuq