Müxalifət liderinin yerini deyənə 100 min dollar mükafat 

Venesuelanın hüquq-mühafizə orqanları müxalifətdən prezidentliyə keçmiş namizəd Edmundo Qonzalesin harada olduğunu deyənə böyük məbləğdə mükafat  vəd edib.

Jan 3, 2025 - 15:28
Jan 3, 2025 - 15:29
Müxalifət liderinin yerini deyənə 100 min dollar mükafat 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Venesuelanın Cinayət Axtarış Xidmətinin rəsmi "İnstaqram" səhifəsində məlumat yayılıb.

Venesuela hakimiyyəti müxalifətçinin yerini deyənə, yaxud onunla bağlı mühüm informasiya təqdim edən şəxsə 100 min dollar ödəməyə hazır olduğunu bəyan edib.

Xatırladaq ki, ötən ilin sentyabrında Qonzalesin ölkəni tərk edərək İspaniyadan siyasi sığınacaq alması barədə məlumat yayılmışdı.

Yağmur