Təyyarənin transponderi söndürülüb, Əsədə deyiblər ki... - Rus kəşfiyyatçıları onu belə qaçırıb

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Rusiya kəşfiyyatçılarının köməyi ilə ölkədən qaça bilib. 

Dec 11, 2024 - 16:14
Dec 11, 2024 - 16:36
Təyyarənin transponderi söndürülüb, Əsədə deyiblər ki... - Rus kəşfiyyatçıları onu belə qaçırıb

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” yazıb.

Mənbələrin sözlərinə görə, Rusiya kəşfiyyatı Əsədi Suriyadakı Rusiya aviabaza vasitəsilə ölkədən çıxara bilib. Əsədin gedişi zamanı izlənilməməsi üçün təyyarənin transponderi söndürülüb.

Rusiya ölkəni tərk etməkdən öncə eks-prezidenti silahlı üsyançılara qarşı mübarizədə uduzacağına inandırıb. Bundan sonra Əsədə dərhal bunu etməyə razılaşarsa, təhlükəsiz yol təklif edilib.

Xatirə SADİQ