“ABŞ prezidenti Rusiyaya qarşı qırğı mövqeyində olmalıdır” – Kaya Kallas
“ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Çinə real təsir göstərmək istəyirsə, Rusiyaya qarşı qırğı mövqeyi tutmalıdır”.
SAVASHMEDİA.az “Politico”ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət qurumunun yeni başçısı Kaya Kallas deyib.
Kallas qeyd edib ki, Çin “Rusiyadan öyrənir”. Buna görə də Qərbin Kiyevə dəstəyi Çini Tayvanı işğal etmək barədə iki dəfə düşünməyə vadar edəcək.
“Əgər Çinlə problem istəmirsinizsə, məncə, Rusiyaya münasibətdə çox güclü olmalısınız. Əgər siz həqiqətən möhkəmsinizsə və onlara istədiklərini vermirsinizsə, deməli, çox böyük ehtimal ki, sizin yeni müharibələriniz olmayacaq”, - deyə Kallas vurğulayıb.
Xatirə SADİQ