Bakıda xəstə yaxınları həkimi döydü + Kəllə-beyin travması aldı
Bakıda həkim xəstənin yaxınları tərəfindən döyülüb. Hadisə Suraxanı rayonunda axşam saatlarında baş verib.
SAVASHMEDİA.az milli.az-a istinadla xəbər verir ki, çağırışa gedən həkim Mətin Səmədovu döyüblər.
Kəllə-beyin travması alan həkim müxtəlif dərəcəli xəsarətlərlə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib. Həkimin sözlərinə görə, xəstənin vəziyyəti stabildir.
Polis orqanları hadisənin başvermə səbəblərini araşdırır.