Putin Rusiya ordusunun sayını artırdı - FƏRMAN

Rusiya Prezidenti Vladimir Putin ölkənin Silahlı Qüvvələrinin şəxsi heyətinin sayının artırılması barədə yeni fərman imzalayıb.

Aug 1, 2026 - 16:48
Putin Rusiya ordusunun sayını artırdı - FƏRMAN

SAVASHMEDİA.az xəbər verir ki, bununla da Rusiya Silahlı Qüvvələrinin ştat sayı 2 milyon 426 min 130 nəfərə, hərbi qulluqçuların sayı isə 1 milyon 535 min nəfərə çatdırılır. 

Bu, əvvəlki göstərici ilə müqayisədə ümumilikdə 27 min, o cümlədən 25 min hərbi qulluqçu artım deməkdir. 

Qərar avqustun 1-dən, yəni bu gündən qüvvəyə minir.

Fərmanda bildirilir ki, artım Silahlı Qüvvələrin tərkibində yeni hərbi tikinti bölmələrinin yaradılması ilə əlaqədardır. Bu, Putinin son aylarda imzaladığı ordunun sayını artıran növbəti fərmandır.

Səlcuq