ABŞ müdafiə naziri sonuncu dəfə Almaniyaya getdi
ABŞ müdafiə naziri Lloyd Ostin Ukrayna Müdafiə Əlaqə Qrupunun 25-ci iclasında iştirak etmək üçün Almaniyaya Ramştayn aviabazasına yola düşüb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ostin “X” sosial şəbəkəsində məlumat paylaşıb.
Ostin vurğulayıb ki, bu, onun ABŞ müdafiə naziri kimi Ramstayn bazasına son səfəri olacaq, çünki Donald Trampın andiçmə mərasiminə iki həftədən az vaxt qalıb.
“Mən Ukraynaya suveren ərazilərini müdafiə etmək üçün bir araya gələn tarixi koalisiya olan Ukrayna Müdafiə Əlaqə Qrupunun 25-ci iclasına ev sahibliyi etmək üçün Almaniyaya gedirəm”, - deyə Ostin yazıb.
Pentaqon xəbər verib ki, yanvarın 9-da Almaniyanın Ramştayn aviabazasında Ukraynanın müdafiəsi üzrə təmas qrupunun 25-ci iclası olacaq. Həmin iclas zamanı 2027-ci ilə qədər etibarlı çəkindirmə vasitəsinin inkişafına dəstək olaraq Ukraynanın müdafiə qabiliyyəti müəyyən ediləcək.
Xatirə SADİQ