“Kanada 51-ci ştat olmayacaq” – Castin Trüdo
Kanadanın baş naziri Castin Trüdo ölkəsinin ABŞ-nin tərkibinə daxil ola biləcəyini qəti şəkildə istisna edib.
SAVASHMEDİA.az xəbər verir ki, Trüdo bu barədə “X” sosial şəbəkəsində yazıb.
“Kanadanın ABŞ-nin bir hissəsi olmaq şansı yoxdur. Hər iki ölkəmizdəki işçilər və icmalar bir-birinin ticarət və təhlükəsizlik üzrə ən iri tərəfdaşı olmaqdan faydalanır”, - deyə baş nazir əlavə edib.
Xatırladaq ki, ABŞ-nin seçilmiş prezidenti Donald Tramp Kanada mallarına 25 faiz rüsum tətbiq etməklə hədələyib, Ottavanı ticarət və immiqrasiya məsələlərini həll edə bilməməkdə günahlandırmışdı.
Bu təhdidlər fonunda Trüdo və Tramp arasında baş tutan danışıqlar ABŞ prezidentinin Kanadanı ölkəsinin “51-ci ştatı” kimi zarafatı ilə yadda qalıb.
Xatirə SADİQ