Amerikalılar bir daşla iki quş vuracaqlar

ABŞ təmsilçiləri bu həftə Səudiyyə Ərəbistanında təkcə Ukrayna nümayəndə heyəti ilə deyil, Rusiya nümayəndə heyəti ilə də görüşəcəklər.

Mar 10, 2025 - 11:51
Amerikalılar bir daşla iki quş vuracaqlar

SAVASHMEDİA.az bu barədə CNN telekanalına istinadən xəbər verir.

Telekanal bildirib ki, görüşdə prezident Donald Tramp administrasiyasının yüksək vəzifəli məmurları iştirak edəcəklər və bu, ABŞ nümayəndələri ilə Ukrayna nümayəndələri arasında aparılan danışıqlardan ayrı baş tutacaq.

Mənbə danışıqlarda kimin iştirak edəcəyini dəqiqləşdirməyib. 

Qeyd edək ki, jurnalistlərlə ünsiyyəti zamanı ABŞ prezidenti bildirib ki, onun diqqəti Səudiyyə Ərəbistanında Rusiya və Ukraynanın iştirak edəcəyi bir neçə mühüm görüşə yönələcək (“Fox News”).

Xatirə SADİQ