Məşhur aktyor vəfat etdi - Foto

Məşhur aktyor xərçəng xəstəliyindən vəfat edib.

Jun 4, 2025 - 01:36
Jun 4, 2025 - 01:37
Məşhur aktyor vəfat etdi - Foto

SAVASHMEDİA.az xəbər verir ki, 41 yaşlı Devin Harjesin ölüm xəbərini aktyoru təmsil edən şirkətin nümayəndəsi təsdiqləyib. Açıqlamaya görə, Harjesə xərçəng diaqnozu bu ilin qış aylarında qoyulub. Müalicə alan məşhur aktyor xəstəliyə qalib gələ bilməyib.

O, “Boardwalk Empire”, “Daredevil”, “Manifest”, “Orange Is the New Black”, “Gotham”, “Elementary”, “Blue Bloods” və “FBI” kimi seriallarda rol alıb.

Aktyor "The Forest is Red" filmindəki performansına görə Tolentino Beynəlxalq Film Festivalında “Ən yaxşı aktyor” mükafatına layiq görülüb.

Banu

Fotoda: Devin Harjes