Ketrin Konnolli İrlandiyanın yeni prezidenti oldu - Rusiyanı dəstəkləyir

İrlandiyada keçirilmiş prezident seçkilərinin nəticələri açıqlanıb.

Oct 26, 2025 - 02:13
Ketrin Konnolli İrlandiyanın yeni prezidenti oldu - Rusiyanı dəstəkləyir

SAVASHMEDİA.az xəbər verir ki, seçkilərin qalibi solçu siyasi baxışlara malik müstəqil namizəd Ketrin Konolli olub.

Konnollinin yeganə rəqibi Heather Humphreys idi. Konnolli seçicilərin 63,4% səsini toplayıb, rəqibi isə 29,5% səslə kifayətlənməli olub.

Konnollinin 68 yaşı varş O, bir sıra solçu partiyalardan, o cümlədən irredentist Sinn Fein partiyasından dəstək alıb. O, 2016-cı ildən İrlandiya Parlamentində çalışıb, bundan əvvəl isə hüquqşünas kimi fəaliyyət göstərib.
Konnolli NATO-nun Rusiyaya qarşı siyasətini kəskin tənqid edir və eyni zamanda Avropada hərbi xərclərin artırılmasının qəti əleyhinədir. 

Connolly dəfələrlə bəyan edib ki, Rusiya qoşunlarının Ukraynaya yeridilməsi qanunsuz və qəbuledilməzdir, lakin o, “münaqişənin diplomatik yolla həllinə” çağırıb. 

Oğuz