“Bu vəsait artıq Kiyevdədir” – Ukrayna baş naziri

Rusiya Federasiyasının dondurulmuş aktivləri nəticəsində təmin edilmiş ilk vəsait Böyük Britaniyadan Ukraynaya daxil olub. 

Mar 7, 2025 - 16:33
“Bu vəsait artıq Kiyevdədir” – Ukrayna baş naziri

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Denis Şmıqal bildirib.

“Bu gün biz G7-nin ERA təşəbbüsü şərşivəsində 752 milyon funt sterlinq aldıq. Biz bu vəsaiti Ukraynanın müdafiə qabiliyyətini gücləndirilməsinə yönəldəcəyik. Rusiya vəsaitlərinin Ukrayna üçün işləməsini təmin edən mexanizmə görə Böyük Britaniya hökumətinə və G7 üzrə tərəfdaşlarımıza təşəkkür edirəm. Gələcəkdə Rusiyanın bütün suveren aktivlərinin müsadirə ediləcəyini və dövlətimizin xeyrinə təhvil veriləcəyini gözləyirik”, - deyə Ukrayna baş naziri əlavə edib.

Xatirə SADİQ