Tramp: "Ukraynada sülhməramlılar yerləşdirilməlidir"

ABŞ prezidenti Donald Tramp Ukraynada bütün tərəflər üçün məqbul olacaq sülhməramlı kontingentin yerləşdirilməli olduğunu deyib.

Feb 26, 2025 - 02:42
Tramp: "Ukraynada sülhməramlılar yerləşdirilməlidir"

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat verib.

“Bizim sülhməramlılara da ehtiyacımız var. Hər kəs üçün məqbul olacaq sülhməramlı qüvvələr”, - Tramp əlavə edib.

Bundan əvvəl “Reuters“ də Trampın Ukraynada sülhməramlıların yerləşdirilməsinə ehtiyac olduğunu dediyini yazmışdı.