ABŞ silahlarının Ukraynaya göndərilməsi bərpa olundu – Polşa Müdafiə Nazirliyi

Amerika silahlarının Polşadakı qovşaq vasitəsilə Ukraynaya daşınması bərpa edilib.

Mar 12, 2025 - 12:08
ABŞ silahlarının Ukraynaya göndərilməsi bərpa olundu – Polşa Müdafiə Nazirliyi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin rəis müavini Pavel Zalevski bildirib.

Qeyd edək ki, Ciddədə ABŞ-Ukrayna danışıqlarından sonra prezident Donald Tramp Kiyev hakimiyyətinə hərbi və kəşfiyyat yardımını dərhal bərpa etmək qərarına gəlib. 

ABŞ liderinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts danışıqlardan sonra jurnalistlərə bildirib ki, Tramp Ukraynaya təhlükəsizlik yardımının dayandırılmasını dərhal ləğv etmək qərarı alıb.

Xatırladaq ki, fevralın 28-də Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenski ilə mübahisədən bir neçə gün sonra ABŞ prezidenti Ukraynaya bütün hərbi yardımı dayandırmağı əmr etmişdi. Qərar martın 4-ü səhər saatlarında qüvvəyə minmişdi.

Xatirə SADİQ