Putindən Gürcüstan vətəndaşlarına jest   - Bundan sonra...

Rusiya prezidenti Vladimir Putin Gürcüstan vətəndaşları üçün vizasız giriş üçün əsasları genişləndirib. 

Oct 10, 2024 - 13:37
Oct 12, 2024 - 20:11
Putindən Gürcüstan vətəndaşlarına jest   - Bundan sonra...

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Putinin dərc olunmuş sərəncamında deyilir.

İndi Gürcüstan vətəndaşları Rusiyaya 90 gündən çox müddətə vizasız gedə biləcəklər.

Əvvəllər bu müddət Rusiyaya iş və ya təhsil məqsədi ilə gələnlər istisna olmaqla, Gürcüstanın bütün vətəndaşlarına şamil edilirdi. İndi həmin şəxslər üçün də məhdudiyyətlər aradan qaldırılıb.

Bu dəyişiklik 2023-cü ilin yazında gürcülər üçün vizaların lağv edilməsi  haqqında dərc edilən fərmana əlavə edilib. 

Qeyd edək ki, ötən il Rusiya hakimiyyətinin qərarını Gürcüstan prezidenti Salome Zurabişvili təxribat adlandıraraq, gürcü hökumətinə ruslar üçün viza tətbiq etməyi təklif etmişdi. “Gürcü Arzusu” hakim partiyası isə prezidentin ideyasını rədd edərək, bunu rusiyalı turistləri ölkəyə cəlb etmək istəyi ilə izah etmişdi.  

Xatirə SADİQ