NATO “Steadfast Noon” nüvə təliminə start verir – Mark Rutte

Bazar ertəsi NATO onlarla təyyarə və 2000 hərbçinin cəlb olunduğu “Steadfast Noon” adlı miqyaslı nüvə təliminə başlayacaq.

Oct 10, 2024 - 13:45
Oct 11, 2024 - 06:54
NATO “Steadfast Noon” nüvə təliminə start verir – Mark Rutte

SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte bu barədə Böyük Britaniyanın baş naziri Key Starmer və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdən sonra açıqlama verib. 

“Qeyri-müəyyən dünyada müdafiəmizi sınaqdan keçirməyimiz və möhkəmləndirməyimiz çox vacibdir ki, düşmənlərimiz NATO-nun istənilən təhlükəyə cavab verməyə hazır olduğunu və qadir olduğunu bilsin, - deyə baş katib vurğulayıb.

Ruttenin sözlərinə görə, təlim döyüş silahlarının istifadəsini nəzərdə tutmur, lakin ona qatılacaq 2 minə yaxın hərbçi döyüş təyyarələrinin ABŞ nüvə başlıqlarını daşıdığı missiyaları imitasiya edəcək.

İki həftəyə yaxın çəkəcək təlimdə 13 ölkədən 60-a yaxın təyyarə, o cümlədən F-35A qırıcıları və B-52 bombardmançıları iştirak edəcək.

Əsas manevrlər Böyük Britaniya, Şimal dənizi, Belçika və Hollandiya üzərində baş tutacaq.

Xatirə SADİQ