Ceyk Sallivan: “Biz hələ də narahatıq”
“Gürcüstanın gələcəyini gürcü xalqı həll etməlidir”.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
Çinin Qara dənizdə liman tikməsini və Gürcüstandakı seçkiqabağı kampaniyanın sərt anti-Qərb ritorikası fonunda keçdiyini xatırladan jurnalistin parlament seçkiləri barədə sualını cavablandıran Sallivan bildirib: “Biz Gürcüstanın seçki prosesində demokratik təsisatların trayektoriyası ilə bağlı dərin narahatlığımızı açıq şəkildə bildirdik. Biz hələ də narahatıq. Nəhayət, Gürcüstanın gələcəyini gürcü xalqı azad və ədalətli proses vasitəsilə həll etməlidir. Düşünmürəm ki, Gürcüstanda heç kim başqasının, o cümlədən Çinin bahasına öz ölkəsinin maraqlarına məhəl qoymamaq istəyir”.
Xatırladaq ki, Gürcüstanda parlament seçkilərin oktyabrın 26-da keçiriləcək.
Xatirə SADİQ