Nazir prezidentin mövqeyindən narazıdır - Polşada
“Mən ümid edirdim ki, prezident Duda prezident Trampla dostluğundan istifadə edərək onu Rusiyaya təzyiq göstərməyə inandıracaq”
SAVASHMEDİA.az “Polsat News” nəşrinə istinadən xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.
“Təəssüf ki, belə söhbət baş tutmayıb. Mən bu cür təklifləri özəl və açıq şəkildə vermişəm”, - deyə polyak nazir vurğulayıb.
O, əlavə edib ki, Duda və Tramp arasındakı yaxşı münasibətlərin Polşanın geosiyasi mövqeyinə və maraqlarına müəyyən fayda gətirməsini arzulayır: “Amma söhbət mahiyyətə gələndə, prezident Dudanın prezident Trampa təsirini görmürük”.
Onun fikrincə, Duda ölkədəki siyasi mübahisələrdən daha çox Ukraynadakı münaqişənin əlverişli həllinə cəlb olunmalıdır.
“İndi sülh, Ukrayna, Putini cilovlamaq naminə bu dostluğu kart oyununa qoymaq üçün demək olar ki, son məqamdır. Prezident partiya qurultaylarında çıxış etməli deyil, bunu etməlidir”, - nazir izah edib.
Xatirə SADİQ