Netanyahu Budapeştə səfər etdi
Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) həbs qərarına baxmayaraq, İsrailin baş naziri Benyamin Netanyahu aprelin 3-də səhər saatlarında Budapeştə gəlib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Macarıstanın müdafiə naziri Kristof Salay-Bobrovnicki “Facebook”da məlumat paylaşıb.
“Budapeştə xoş gəlmisiniz, Benyamin Netanyahu!”, - deyə müdafiə naziri yazıb.
Salay-Bobrovnitski İsrail baş nazirinin Budapeşt hava limanında qarşılanmasının fotosunu da dərc edib.
Qeyd edək ki, Macarıstanın baş naziri Viktor Orban ötən ilin noyabrında israilli həmkarına dəvət göndərmişdi. O, bu addımı ICC-nin Netanyahu barəsində həbs qərarı verməsindən bir gün sonra atmışdı. Orban həmçinin bildirmişdi ki, Macarıstan ICC üzvü olsa da, həbs orderinə əməl etməyəcək.
KİV-in məlumatına görə, Netanyahu ilə görüşündə Macarıstan tərəfi İsraildəki səfirliyinin Tel-Əvivdən Qüdsə köçürüldüyünü elan edəcək. Bundan başqa Budapeşt ölkənin ICC-dən çıxacağını da elan edə bilər.
Xatirə SADİQ