"Temu" dələduzluqla məşğuldur, alıcıları aldadır - ŞİKAYƏT

Müğənni Nura Suri "Temu" şirkətindən şikayətçidir.

Apr 3, 2025 - 13:31
"Temu" dələduzluqla məşğuldur, alıcıları aldadır - ŞİKAYƏT

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında yazıb. 

"Temu" şirkəti əməlli dələduzluqla məşğuldur. Sosial şəbəkələrdə bu mövzuda tez-tez statuslar görürdüm. Dünən proqramı yüklədim və şahidi oldum. Guya ki, hədiyyə və bonuslar verirlər, amma açıq-aydın insanları aldadırlar.

Dünən bir blogerin paylaşımını gördüm, "Temu"nun hədiyyə verdiyini yazıb, link qoymuşdu. Linkə keçid etdim və eyni paylaşımı mən də etdim ki, görüm bu doğrudur ya yox? Nəticədə, əmin oldum ki, bu bir dələduzluqdur. Beləliklə, proqramı necə yükləmişdimsə, elə də sildim" deyə, Nura bildirib.