“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti"nin 24 milyon vergi borcu var

Jun 9, 2025 - 00:50
“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti"nin 24 milyon vergi borcu var

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin (PHŞ) vergi orqanlarına böyük məbləğdə borcu yaranıb.

Məlumata görə, qurumun dövlət büdcəsinə vergi borcu 24 686 118.25 manat təşkil edir.

Qeyd edək ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinə rəhbərlik müvəqqəti olaraq Tahir Xəlilova həvalə olunub.