Vaşinqton Putuindən narazıdır - “Daimi atəşkəs istəyirik”

“Mən başa düşürəm ki, Vladimir Putin bu səhər müvəqqəti atəşkəs təklif edib. Prezident açıq şəkildə bildirib ki, o, ilk növbədə qətli dayandırmaq və qan tökülməsini dayandırmaq üçün əvvəlcə daimi atəşkəs istəyir”.

Apr 28, 2025 - 17:50
Vaşinqton Putuindən narazıdır - “Daimi atəşkəs istəyirik”

SAVAHMEDİA.az “Sky News”a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt deyib. 

Onun sözlərinə görə, Tramp saziş bağlaya biləcəyinə dair nikbindir. “Lakin bu vəziyyətdən çıxış yolu üçün danışıqlar masasına oturmağı zəruri olan hər iki ölkənin liderlərindən getdikcə məyus olur”.
 
Livitt əlavə edib ki, Zelenskinin Trampla görüşü ABŞ prezidentinin ilk müddətində olduğu kimi sülhməramlı prezident olmaq istəyini göstərib və əlavə edib ki, o, yenidən bunu etmək niyyətindədir.

Xatirə SADİQ